Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2016
16:51
Bakıda satılan bəzi kolbasaların tərkibində AT ƏTİ var - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan "Delikat" və "Nur" əmttəə nişanlı kolbasa məmulatları aşkar edilib.

Dövlət Komitəsindən verilən məlumata görə, bazarın ərazisində fəaliyyət göstərən fiziki şəxs Süleymanov Vüqar Tofiq oğluna məxsus ərzaq mağazasında satılan, markalanmasında Bakı şəhəri, Nizami r-nu, Keşlə qəsəbəsi, Mikayıl Əliyev küçəsi, 3 ünvanında fiziki şəxs V.Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan "Delikat" əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasanın qlafının alt hissəsində standarta uyğun olmayan iri qara ləkələr, eyni zamanda xarab olma əlamətləri, həmcins olmayan konsistensiya, ağ qatı məhlulun müxtəlif sahələrində topa halında yığılması kimi məhsula xas olmayan əlamətlər müəyyən olunub.

Həmin bazarın ərazisində səyyar şəkildə taxta altlıqlar üzərinə qoyularaq saxlanılma rejiminə riayət olunmadan satışı həyata keçirilən, markalanmasında Bakı şəhəri, Xəzər r-nu, Şimal Dress Kooperativ k. 31 ünvanında fiziki şəxs Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan "Nur" əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasa məhsullarının da keyfiyyəti ilə bağlı şübhələr yaranıb.

Adıçəkilən məhsul nümunələrinin keyfiyyət və təhlükəsizliyinin yoxlanılması məqsədilə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyasında sınaqları aparılıb. Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir.

Faktla bağlı hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyəti orqanlara göndərilib.

Məqalədə : kolbasa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
175

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru