Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2016
20:55
Mağazadan alınan kolbasa xarab çıxdı - Məsuliyyəti kim daşıyır?- VİDEO

Müştərilərdən birinin mağazadan aldığı kolbasa xarab çıxıb. İstehsal tarixi bitməsə də, kolbasanı kif basıb.

Kolbasa paytaxtın Xətai rayonundakı mağazaların birindən alınıb. Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız mağaza sahibi çəkilişdən yayınsa da, məsuliyyəti satıcının üzərinə atdı.

Mütəxəssislərin sözlərinə görə, kolbasanın kif atmasının səbəbi məhsulun saxlama qaydalarına düzgün əməl olunmamasıdır. Kolbasanın üzərində olan son istifadə tarixi, saxlama qaydalarına düzgün riayət edildiyi təqdirdə qüvvədə olur.

Kolbasanın bu halda müştəriyə təqdim olunmasının məsuliyyətini isə həm onun satışını həyata keçirən mağaza, həm də istehsalçı daşıyır.

O ki qaldı ərzaq təhlükəsizliyi tələblərinə cavab verməyənlərə, hüquqi şəxslər 400, vəzifəli şəxslər 200, fiziki şəxslər isə 100 manat məbləğində cərimələnirlər.

Bununla yanaşı, insanlar da bu məsələdə diqqətli olmalıdırlar. Aldıqları məhsulun istehsal tarixini və saxlama qaydaları haqqında məlumatları satıcılardan tələb etməlidirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
536
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 09:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru