Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2016
10:26
Suriyada parlament seçkiləri başlayıb

FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Suriyada Xalq Şurasına (Parlament) seçkilər keçiriləcək. Bu, ölkədə münaşişə başlayandan bəri ikinci belə seçkilər olacaq. Suriya MSK-sı «Cəbhət ən-Nusra» və İŞİD-in nəzarətində olan İdlib və Rakkadan başqa ölkə üzrə 7 min seçki məntəqəsinin açılacağını hesab edir.

Parlamentdə 250 yer uğrunda 3,5 min namizəd mübarizə aparacaq.

RİA Novosti-yə müsahibə verən  Suriya prezidenti Bəşər Əsəd bəyan etmişdi ki, parlament seçkilərinin keçirlməsi terrorizmə baxmayaraq Suriyanın bir dövlət kimi mövcudluğunu təsdiqləyir. Onun sözlərinə görə, namizədlərin sayının çoxluğu xalq dəstəyinin və suriyalıların  Dəməşqin legitimliyini möhkəmləndirmək arzusunun göstəricisidir.

Seçkilər nisbi atəşkəslik rejimində həyata keçirləcək. 

Xatırladaq ki, fevralın 27-də atəşkəs barədə qərar verilmişdi. Hazırda hərbi əməliyyatların dayandırılmasında öhdəlik götürən silahlı qruplaşmaların sayı 50-yə yaxındır.

Ekspertlər hesab edirlər ki, parlament seçkiləri  ölkənin cari rəhbərliyinin  gücünü və iradəsini nümayiş edəcək və  münaqişənin dinc yolla həllinə neqativ təsir göstərməyəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
200

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
226

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
202

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 23:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru