Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2016
12:45
Azərbaycanda narkotikin yaşı cavanlaşıb

"Son illər ölkədə narkotik istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, istifadəçilərin yaş həddində cavanlaşması prosesi müşahidə olunur. Belə ki, respublikada qeydiyyatda olan narkotik istifadəçilərini yaş qruplarına görə bölsək, təəssüf ki, 14 yaşında 1 nəfər, 15-17 yaş arasında isə 6 nəfər rəsmi qeydiyyatdadır". Bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova jurnalistlərə açıqlamasında deyib.

Narkotik maddə istifadəsinin təkrarlanan bir xəstəlik olduğunu və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupunun üstünlük təşkil etdiyini vurğulayan şöbə müdirinin sözlərinə görə, Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi ölkənin tranzit mövqedə yerləşməsidir.

O, həmçinin əlavə edib ki, nəinki Azərbaycanda, eləcə də dünyada narkotika aludəçiliyindən tam olaraq sağalma faizini və ya rəqəmini söyləmək qeyri-mümkündür: “Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu tibbi xəstəlik olmaqla yanaşı, sosial xəstəlikdir”.
A.Məmmədova onu da qeyd edib ki, QİÇS-lə Mübarizə Mərkəzinin təqdim etdiyi rəqəmin 50-60 %-ni narkomanlar təşkil edir: “Yəni, onlar QİÇS-in yayılmasında birbaşa risk qrupu oynayan narkotik maddə istifadəçiləridir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
372

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
335

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
311

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
340

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
312

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
457

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
446

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
429

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru