Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2016
16:36
Narkotik satan iki məktəbli məsuliyyətə cəlb olunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən 2587 nəfərdən 7-i 18 yaşadək olan şəxslər olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilib.

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.

Bu faktlardan  916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olub. İl ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunub ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru