Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2016
12:21
Xocalı soyqırımını dünyaya tanıtma üsullarını dəyişməliyik - FOTO

"Sevincli ümidlər" Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Dünənki Xocalı bu gün" mövzusunda maarifləndirici tədbir kecirilib.

Xocalı faciəsi şahidlərinin, eləcə də işğal olunmuş bölgələrdən məcburi köçkün düşmüş şəxslərin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək ifadə olunub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı faciəsinin tanınmasının vacibliyi kimi məsələlər müzakirə olunub.

Konfransda çıxış edən Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu 1992-cı ildə 26 Fevral - Xocalı soyqırımı ərəfəsində Qarabağda və ümumən respublikada baş verən proseslərdən, bəzi ermənilərin amansız vəhşiliklərindən, hələ də üzə çıxarılmayan digər məqamlardan danışıb. Onun fikrincə, Xocalı soqyrımının dünyaya tanıdılması üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir. Lakin bu iş pərakəndə şəkildə deyil, mərkəzləşdirilmiş qaydada olmalıdır.

İqtisad Universitetinin professoru, tarixçi Abbas Seyidov ermənilərin Azərbaycan torpaqlarını işğalının tarixi kökləri, ermənilərin gizli planlarının mahiyyəti və onlara dəstək verənlər barədə faktları açıqlayıb.

Hüquqşünas Ramiz Qasımov isə dünya ictimiayyətinin hüquqi baxımdan bu qətliamı soyqırım kimi tanımasının vacibliyini qeyd edib. O, həmçinin istər dünya birliyi tərəfindən işğalçıların, istərsə də 20 Yanvar və Sumqayıt hadisələrinin günahkarlarının ədalət mühakiməsinə verilməsi və cəzalandırılmasına laqeyd yanaşıldığını da gizlətməyib.

Həmin vaxt Qarabağda baş verən hadisələri gözləri ilə gördüyünü deyən Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Zəminə Səfərova erməni işğalından əziyyət çəkənlərin həyatından, eləcə də onların rifah halının yaxşılaşdırılması üçün dövlət dəstəyindən danışıb.

Tədbirdə iştirak edən qardaş Türkiyənin Ərzurum Universitetinin professoru, əslən Qarabağdan olan Kerim Karabulut isə türkiyəli qardaş-bacılarımızın istər şad, istərdə də ağrılı günlərində daim azərbaycanlıların yanında olduqlarını bildirib. Lakin onun sözlərinə görə, bu gün erməni lobbisi və diasporu hətta Türkiyədə də Azərbaycana qarşı, Türkiyənin Azərbaycanı daha çox dəstəkləməsinin qarşısını almaq üçün müəyyən qüvvələrlə əməkdaşlıq edirlər.

Xocalı soyqırımının istər xocalılıların canlarını qurtarmaq üçün üz tutduğu Ağdamda, istərsə də digər bölgələrdə, bütün Azərbaycan cəmiyyətinə təsirindən danışan psixoloq Aytən Ələkbərova bu hadisənin insanların yaddaşında dərin iz buraxdığını, onların psixologiyasına ciddi şəkildə mənfi təsir göstərdiyini deyib.

Pedaqoq Sevda Həsənova ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən ibrət dərsi götürməli olduğunu, bunu gələcək nəsillərin unutmaması üçün məktəblərdə daim maarifləndirmə işlərinin aparılmalı olduğunu vurğulayıb.

Jurnalist İlkin İzzət isə Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və Xocalı faciəsinin dünyaya çatdırılmasında müasir üsullardan, eləcə də gənclərin gücündən istifadəyə xüsusi diqqət yetirilməli olduğunu qeyd edib. O bildirib ki, bunun üçün sosial şəbəkələrin imkanlarından daha çox istifadə edilməli, kiçik metrajlı animasiya və sənədli filmlər, eləcə də dünya şöhrətli aktyor və rejossorları cəlb etməklə bədii filmlər hazırlanıb nümayiş etdirilməlidir.

Gənc yazar Zaur Tahirsoy isə bu məsələdə gənclərin roluna toxunaraq, onları daha fəal olmağa çağırıb. 

Sonda təşkilatın sədri Sevinc Zəhrayi və moderator Nizami Tahiri bu tədbirlərin silsilə xarakter alacağını və daha geniş miqyası əhatə edəcəyini bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru