Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2016
16:49
Səud rejiminin müftisi Yəmənə hücumu İslamın `müdafiəsi` adlandırdı

"Salman bin Əbdüləziz Yəməndə «Qətiyyət Fırtınası»nı  İslam inancını  müdafiə etmək üçün başlatdı". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Ərəbistanın baş müftisi Şeyx Əbdüləziz bin Abdullah Mavritaniyalı müfti ilə görüşü zamanı dilə gətirib.

""Qətiyyət Fırtınası" bir ərəb-İslam ittifaqıdır və hədəfi İslam inancını müdafiə etməkdir. Bu hərəkət müsəlmanların  səflərini Səfəvi  hücumuna qarşı birləşdirdi", - deyə o, bildirib.

Qeyd edək ki, müfti Əbdüləziz bin Abdullah bu açıqlamanı edərkən səud rejiminin döyüş təyyarələri Yəmən xalqı üzərinə bomba yağdırmağa, məsum qadın  və uşaqları öldürməyə davam edir. Yəməndə bu günə qədər onminlərlə insan dinc sakin həlak olub və yaralanıb, minlərlə insan əlil qalıb. 

Human Rights Watch hüquqmüdafiə  təşkilatı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə aviazərbələr zamanı  Amerika istehsalı olan  kaset bombalardan dəfələrlə istifadə etdiyini bəyan edib.

BMT TŞ-nın  sanksiya komitəsinin illik hesabatında isə rejim qüvvələrinin hava zərbələrinin  mülki obyektlərə olduğunu və bunun insanlığa qarşı cinayət kimi tanına biləcəyini demişdi. BMT-nin ekspertlər qrupu  koalisiyanın beynəlxalq humanitar  hüququ  pozan 119 uçuşunu araşdırıb və belə qərara gəlib ki, bir çox aviazərbələr mülki obyektlərə edilib. Ekspertlərin fikrincə, bəzi vaxtlar  koalisiya tərəfindən hüquq pozulması genişmiqyaslı və sistemli şəkildə həyata keçdiyindən, bunu insanlığa qarşı cinayət hesab etmək olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
415

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
432

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
558

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
610
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru