Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2016
16:23
Samir Şərifov: Standard&Poor’s hesabatında qeyri-dəqiqliklərə yol verib

29 yanvar 2016-cı il tarixində "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.

Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi  sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi "Standard & Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən "Standard & Poor’s" agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
199

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru