Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2016
09:10
Orta məktəb məzunları üçün attestasiya balları artırıldı
TQDK orta məktəblərdə yekun qiymətləndirmə qaydalarını dəyişib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə yekun qiymətləndirmə qaydalarını dəyişib.

TQDK-nın müvafiq qərarı ilə təsdiqlənmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişiklik edilib.

Belə ki, 2.5-ci bənddə fənlər üzrə düzgün cavabların sayı xarici dil/kimya sütununda "0-5" rəqəmləri "0-6" rəqəmləri ilə, "6-15" rəqəmləri "7-16" rəqəmləri ilə,"16-24" rəqəmləri "17-24" rəqəmləri ilə əvəz edilib.

TQDK-dan bildiriblər ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu barədə məlumatla Komissiyanın internet saytında tanış olmaq mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
150

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
206

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
417

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
459

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
651
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru