Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2015
14:20
Mingəçevirdə ana iki yaşlı qızını başqa qadına verərək qaçıb - FOTO

Mingəçevir şəhərində gənc qadın körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı başqa bir qadına verərək qaçıb.

Həmin qadın iki yaşlı qızı bir-iki saat ərzində saxlayıb və anasının qayıtmadığını görüb, uşağı Mingəçevir şəhər Polis Şöbəsinə təhvil verib. Polis əməkdaşları isə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq  Nevroloji Sanatoriyasına  yerləşdiriblər.

 

Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova bildirib ki, təxminən 2 yaşı olan bu uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyil: ”Biz ona Mələk adı ilə sənəd açdıq. Bu uşağı gətirən qadının adı Binnətova Gülbahar Novruz qızıdır. Uşağı müayinə etdik, yəni onun səhhətində heç bir xəstəlik müşahidə olunmadı, sağ-salamatdır. Uşağı Polis Şöbəsinə təhvil verən Gülbahar Binnətovanın dediyinə görə, o uşağın anası ilə parkda görüşüb. Uşağın anası olan tanımadığı gənc qadın Gülbahar Binnətovaya bildirib ki, o Mingəçevirdə kirayə evdə yaşayır və indi başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. Ana Gülbahardan uşağına bir-iki saat ərzində baxmağı xahiş edib və işini qurtarandan sonra gəlib onu götürəcəyini deyib. Amma xeyli vaxt keçməsinə baxmayaraq uşağın valideyndən bir xəbər yoxdur. Artıq 20 gündür ki, uşaq anasının yolunu gözləyir, hər gün “ana”, “nənə” deyərək ağlayır”.

 

Hazırda Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən azyaşlının valideyninin tapılması üçün araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
206

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
284

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 03:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru