Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2015
11:45
Tahir Kərimli: neftçilərə abidə qoymağı zəruri saymıram

“Neftçilərə əlahiddə abidə qoyulmasının aktuallığını, nədən irəli gəldiyini başa düşə bilmirəm”

“Günəşli” yatağının 10-cu özülündə baş verən yanğın hadisəsindən sonra bir sıra təkliflər səsləndirilir. Belə bir təklifdə bulunanlardan biri də millət vəkili Zahid Orucdur. Z. Oruc ölkəmizdə dənizçi və neftçini əks etdirən abidənin olmasının vacibliyini vurğulayıb: “Azərbaycan bir dəniz dövlətidir. Eyni zamanda neftin çıxarılması ilə yüz illərdir ki, öyünürük. Ancaq dənizçi və neftçini əks etdirən abidəmiz yoxdur”.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Tahir Kərimli nefçilər üçün ayrıca bir abidənin ucaldılmasına ehtiyac olmadığını söylədi: “Neçə illər bundan əvvəl Norveçdə bütöv bir platforma qəza nəticəsində suyun dibinə qərq olmuşdu. Bu zaman da çoxsaylı insan itkisi oldu. Ona görə də Norveçdə həmin platformanın şərəfinə bir muzey təşkil etmişdilər. Ola bilər ki, Zahid Oruc neftçilərə abidə qoyulması təklifini irəli sürərkən belə bir anologiya aparıb. Vaxtilə Neftçilər prospektində neftçilərin şərəfinə bir abidə olub. Azərbaycan tarixən neftçilər ölkəsidir. Dünyada dənizdə ilk dəfə neftin çıxarılması işi Neft Daşlarında baş verib. Bu mənada Neft Daşlarının özü əslində böyük bir abidədir. Amma bilmirəm, hansı aspektdən neftçilərə ayrıca bir abidə qoyulmalıdır? Onda hər bir sahəyə, səhiyyə işçiləri, müəllimlər üçün ayrıca bir abidə ucaldılmalıdır. Ancaq özüm-özlüyümdə neftçilərə əlahiddə abidə qoyulmasının aktuallığını, nədən irəli gəldiyini başa düşə bilmirəm. Bu məntiqlə iri pambıqçılıq təsərrüfatına malik Özbəkistanda pambıqçılara da heykəllər qoyulmalıdır.  Z. Orucun bu təklifini tam anlaya bilmirəm, zəruriliyini dərk etmirəm”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
244

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
267

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
513
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 00:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru