Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2015
14:23
Yaralı neftçilərin vəziyyəti - Səhiyyə Nazirliyindən AÇIQLAMA

"Günəşli" yatağında baş vermiş qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılmışdır. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunmuşdurlar. Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdir ki, onun da vəziyyəti stabildir.

Səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılmışdır. Bu gün psixoloqlar yenidən Neftçilər Xəstəxanasında olmuş, onlara lazımi yardım göstərmişlər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
209

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
229

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 20:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru