Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
20:20
`Günəşli` yatağındakı neftçilər təxliyə olunur - YENİLƏNİB - FOTO

21.20 - “Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyyəsi başa çatıb. SOCAR-dan verilən məlumata görə, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb. İşçilər arasında ölən və xəsarət alan yoxdur.

21.12 - “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 42 nəfər olub.

SOCAR-dan bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir.  Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

***

“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

caspianbarrel.org SOCAR-dakı mənbələrinə istinadən bildirir ki, yanğın təqribən saat 18 radələrində 10 N-li hasilat platformasında başlayıb. Yanğının nədən törənməsi bilinmir, ancaq hasilat kəskin meteroloji hava şəraitində aparılırmış. Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Əldə edilən son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb. Komissiyanın yaradılması haqda məlumatı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində yayıb.

***

“Günəşli” yatağının 10-cu platformasındakı yanğın güclü partlayışlarla müşayiət olunur.

Virtualaz.org saytının əldə etdiyi son məlumata görə, platformadakı neftçilərin təxliyə olunmasına başlanılıb. Neftçilər hər biri 10 nəfər tutumu olan rezin qayıqlara mindirilisə də onların platformadan aralanması mümkün deyil.

Qeyd edək ki, “28 may” Neft-Qaz Çıxarma İdarəsinə aid olan bu platforma SOCAR-a məxsusdur. Amma yatağın işlənməsi ilə BP şirkəti məşğul olur.

SOCAR da yanğınla bağlı məlumat yayıb. Şirkət bildirib ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Buna baxmayaraq hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005.

Yanğını əks etdirən fotoları təqdim edirik.

***

“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

SOCAR-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Əldə etdiyimiz son məlumata görə, platformada 84 (digər məlumata görə isə 100) neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

*  *  *19:44

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.

Yanğın yatağın 10-cu platformasında başlayıb.

SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.

Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 01:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru