Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
15:58
`Neft Daşları`nda qəza: 3 nəfər itkin düşüb

Güclü tufan “Neft Daşları”nda qəzaya səbəb olub.

FaktXəbər SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanıb.

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
315

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
287

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
399

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
377

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
403

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
437
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru