Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2015
12:49
Neft 60 dollara kimi bahalaşa bilər

Bu həftə ərzində neftlə bağlı qlobal miqyaslı iki önəmli qərar veriləcək. Bunlardan birincisi bu gün, dekabrın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İranla bağlı məruzəsi, ikincisi isə dekabrın 4-də OPEC-in iclasında qəbul edilməsi gözlənilən qərarlardır.

Dekabrın 2-də IAEA-nın ekspertlərinin İranın nüvə proqramında mübahisəli məqamların həlli istiqamətində məruzəsinin dərc edilməsi gözlənilir.

Agentlik müsbət rəy verərsə, iki həftə sonra IAEA-nın Direktorlar Şurası qərarı təsdiqləyəcək. Beləliklə, İranın neft hasilatını artırması artıq bu ay reallaşa bilər. Bu qərarla isə dünya bazarında neftin qiymətində kəskin enmə müşahidə edilə bilər. 

"Report"un analitik qrupu İranla bağlı müsbət qərarın veriləcəyi təqdirdə neft qiymətlərinin 40 dollar/bareldən aşağı enəcəyini proqnozlaşdırır. Qeyd edək ki, keçən həftə, noyabrın 29-da İran xarici investorlar üçün neft kontraktlarının yeni modelini təqdim edib. İranın neft naziri Bican Namdar Zəngani investorlara bildirib ki, ölkəsi 30 mlrd. dollar dəyərində 52 neft yatağını investorlar üçün açmaq fikrindədir.

Lakin, IAEA-nın verəcəyi hər hansı neqativ bəyanat neftin qiymətini 60 dollar/barelə qədər artıra bilər.

Dekabrın 4-də keçiriləcək OPEC iclasında neft hasilatı kvotasının azaldılması gözlənilmir. "Sosiete General" bankının Nyu-York filialının Neft araşdırmaları Departamentinin rəhbəri Mayk Uitner bildirib ki, Səudiyyə Ərəbistanının qərarı olmadan neft hasilatı kvotası azaldıla bilməz: "Belə bir qərarın qəbulu isə hazırda mümkün deyil".

M.Uitner ABŞ-da şist neft hasilatının həcminin də lazımi qədər azalmadığını vurğulayıb. Analitik bildirib ki, son həftə aktiv neft yataqlarının sayı daha 9 ədəd azalıb, son bir ildə isə onların sayı 1 572-dən 555-ə enib. Buna baxmayaraq, ABŞ-da neft hasilatı hələ də gündəlik 9 mln. bareldən artıqdır. Qeyd edək ki, 2012-ci ildə ABŞ-da neft hasilatı gündəlik 6,5 mln., 2013-cü ildə 7,44 mln., 2014-cü ildə 8,72 mln. barel olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
210

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
211

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 17:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru