Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2015
13:59
Şənbə gününün hava proqnozu açıqlandı

Noyabrın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz mülayimləşən şimal küləyi əsəcək.       

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarda yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 28- i gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 29-u günün ikinci yarısından 30-dək meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
385

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
397

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
538

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 19:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru