Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2015
09:19
Dövlət Neft Fondunun aktivləri ölkəyə gətirilməyəcək

Mətbuatdan bəlli olduğu kimi, Dövlət Neft Fondunun büdcə planlaşdırma və layihələr departamentinin müdiri Müşfiq Bayramov Dövlət Neft Fondunun vəsaitlərinin daxili deyil, xarici banklarda saxlanıla biləcəyini söyləyib.

“Bizimyol”un sorğusuna cavab olaraq, departament rəhbəri Fondun investisiya qaydalarında belə bir müddəanın olduğunu, pulların yalnız yüksək reytinqə malik investisiya aktivlərində idarəyə verilə biləcəyini söyləyib. M.Bayramov deyib ki, daxildəki bankların çoxu bu tələblərə uyğun deyil, eyni zamanda, Fondun məqsədinə müvafiq olmadığı üçün vəsaitlər burada saxlanıla bilməz.

Neft Fondunun digər departament müdiri Bəhruz Bəhramov isə  ölkə banklarının maliyyələşdirilməsi, onların nizamnamə kapitalının artırılmasının Dövlət Neft Fondunun məqsəd və vəzifələrinə cavab vermədiyini bildirib: “Neft Fondunun məqsədlərindən biri olan makroiqtisadi sabitliyin qorunması heç də ölkə iqtisadiyyatının hər hansı bir sahəsinə xüsusi yardım etməsi anlamına gəlmir. Azərbaycanda bu gün bankların kapitallaşmasında problemlər varsa, sabah da iqtisadiyyatın başqa bir sahəsində problem çıxa bilər. Amma Neft Fondunun məqsədi ölkənin iqtisadiyyatının müəyyən sahələrində olan problemlərin müvəqqəti həllində deyil, daha çox ümumi makroiqtisadi sabitliyin qorunmasına, önəmli olan sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə və gəlirlərin ədalətli bölgüsünü təmin etmək məqsədilə gələcək nəsillər üçün vəsaitlərin saxlanılmasına xidmət etməkdir”.

Maraqlıdır, görəsən Dövlət Neft Fondunun aktivləri hansı səbəbdən ölkəyə gətirlə bilməz? Buna mane olan nədir?

Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi daşınmaz əmlakda, bir hissəsi isə iqtisadi maliyyə korporasiyasına uzunmuddətli  idarəetməyə verilib. Ekspertə görə, həmin aktivləri bu səbəblər ucbatından ölkəyə gətirmək mümkün deyil

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
209

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
229

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 20:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru