Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2015
22:07
Ucuz neftin üstünlükləri nədir?

Neft birjalarında qiymətlərin aşağı düşməsi, xüsusi ilə enerji resursları bazarının istehsalçıları və satıcıları üçün, təbii ki, kifayət qədər xoşagəlməz hadisədir. Lakin hətta bu vəziyyətdən də yararlanmaq olar - enerji resursların ucuzlaşması avtomatik onun hasilatı və nəqli ilə bağlı layihələrin icra xərclərini də aşağı salır. Bu da Azərbaycanın əsas rol oynadığı hazırda ən iri regional layihə - "Şahdəniz" layihəsinin Mərhələ-2 çərçivəsində hasil olunan qazın dünya bazarlarına çatdırılması üçün nəzərdə tutulan TANAP qaz kəmərinin tikintisi ilə də baş verib.

 

Münbit konyunktur

Beləliklə, neft qiymətinin aşağı olması sayəsində TANAP-ın tikilməsi üçün əsaslı xərclərin həcmi 11 mlrd. dollardan 9,5 mlrd. dollaradək düşüb. Bu da tikinti işlərinin yerinə yetirilməsi müddətinə ancaq müsbət tərəfdən təsir edir. Bakıda keçirilən Xəzər texniki konfransında TANAP-ın direktoru Saltuk Düzyolun dediklərinə görə, ilk Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Türkiyəyə 2018-ci ilin iyununda çatacaq.

Eyni zamanda bu ölkə ərazisi ilə ümumi uzunluğu 1850 km olan TANAP 20 vilayət, 67 rayon və 600 kənddən keçəcək. Cənubi Qaz Dəhlizinin tərkibinə daxil olan boru kəmərinin tikintisi üzrə işlər tam sürətlə davam edir", - deyə S.Düzyol əmin edib. TANAP-ın ilkin buraxılış qabiliyyəti üzrə planlar dəyişilməyib və gözlənildiyi kimi ildə 16 mlrd. kubmetr təşkil edəcək. Onun 6 mlrd.-ı Türkiyə, qalanı isə Avropa üçün nəzərdə tutulub. Söz düşmüşkən, oraya Azərbaycan qazı artıq 2020-ci ilin əvvəlində çatacaq və ilkin mərhələdə onun həcmi ildə 10 mlrd. kubmetr təşkil edəcək və perspektivdə isə təxminən, iki dəfə artırılacaq. Bundan başqa, artıq 2022-ci ildə Mərhələ-2 çərçivəsində qazın hasilatında pik həcm baş verəcək (16 milyard kubmetr), ümumilikdə isə "Şahdəniz"də 2022-ci ildən

2028-ci ilə qədər ildə 25 mlrd. kubmetr hasil olunacaq. Bu da yatağın işlənməsi tarixində maksimal göstərici olacaq.

Beləliklə, qazın ixracından gəlirin əsas axını məhz bu dövrün payına düşəcək və onların bölüşdürülməsində də maksimal effektivlik və qənaətcillik prinsipinin rəhbər tutulması zəruridir. Bu, azərbaycanlıların gələcək nəsilləri, istər ölkənin bütün iqtisadiyyatının, istərsə də milli neft-qaz sahəsinin sabit inkişafı üçün vacibdir. Qeyd etmək lazımdır ki, "Şahdəniz" layihəsinin həyata keçirilməsindən 2007-ci ildən cari ilin noyabrın 1-dək Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) gəlirləri 2,4 mlrd. dollar təşkil edib. Bu vəsaitlər eyni zamanda iqtisadiyyatının uzunmüddətli inkişafı üçün müəyyən təhlükəsizlik yastığı yaratmağa imkan verir və sabit kredit reytinqlərinin əldə olunmasına ciddi təsir edir. Bunlar isə digər vacib layihələr üçün problemsiz iri vəsaitləri borc götürməyə imkan verəcək. Nəzərə alsaq ki, neftin qiymətinin aşağı olması aşağı faizlər üzrə maliyyələşmənin cəlb edilməsi üçün münasib konyunktur yaradıb. 

Belə ki, SOCAR şirkətinin sərmayələr idarəsinin rəis müavini Zaur Qəhrəmanovun sözlərinə görə, "Şahdəniz" yatağının işlənməsi layihəsində öz payının bir hissəsinin maliyyələşdirilməsi və Cənub Qaz Dəhlizinin yaradılması üçün Azərbaycan ümumi məbləği 7 mlrd. dollar təşkil edən kredit cəlb etməyi planlaşdırır. "Bu layihənin ümumi dəyəri 45 mlrd. dollar təşkil edir. Onlardan Azərbaycanın payına, təqribən, 14 mlrd. dollar düşür. Bu payın bir hissəsinin maliyyələşdirilməsi üçün 7 mlrd. dollar məbləğində kredit cəlb edilməsi planlaşdırılır. Təbii ki, bu, səmərəli və sərfəli olarsa", - deyə Z.Qəhrəmanov bildirib. Bu gün mümkün potensial kreditorlar arasında Avropa Sərmayə Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı mövcuddur. Bu arada, SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, "Şahdəniz"dən qazın ixracının başlanmasından 2015-ci ilin noyabrın 1-ə olan məlumata əsasən, Türkiyəyə 36 mlrd., Gürcüstana 4,8 mlrd. Azərbaycan qazı ixrac olunub. Qazın Gürcüstana sutkalıq nəqlinin həcmi 4 mln., Türkiyəyə isə 18 mln. kubmetr təşkil edir.

 

Dostluq bir yana...

Azərbaycan özü də "Şahdəniz" layihəsi çərçivəsində müəyyən həcmdə qaz alır. Bundan başqa, ölkənin tələbatı SOCAR-ın öz yataqlarından hasil olunan resurslar və "Azəri-Çıraq-Günəşli" (AÇQ) blokunda hasil olunan və təmənnasız olaraq SOCAR-a ötürülən səmt qazı sayəsində təmin olunur. Bu mənbələrin mövcudluğu ölkədə qazlaşdırma səviyyəsinin xeyli genişlənməsinə imkan verib.

"Son illər ərzində Azərbaycanda fəal şəkildə qazlaşdırma prosesi davam edir və bu, hazırda onun səviyyəsinin 90%-i təşkil edir. Bu, qaza tələbatın artmasına səbəb olur", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev əvvəllər bildirmişdi.

Bununla yanaşı, son zamanlar qazın Rusiyadan nəql edilməsi ideyası yaranıb. Bundan əlavə, "AzMeCo" şirkəti Qaradağ metanol zavodunun yüklənməsi üçün 2 mlrd. kubmetr qazın tədarükünə dair "Qazprom"la müqavilə bağlayıb. Lakin tədarük normal şəkildə başlanmağa macal tapmamış dayandı - dünya bazarlarında metanolun qiymətinin aşağı düşməsi "AzMeCo"nu Rusiya qazının qiyməti razı salmadı. SOCAR özü isə "Qazprom"la müvəqqəti svop tədarüklər sxemini yoxlamadan keçirmək niyyətindədir.

Azərbaycan şirkətinin fikrincə, bu, Azərbaycana qaz anbarlarının maksimum gücünü yoxlamağa, həmçinin AÇQ-dən neft hasilatının artırılması məqsədilə səmt qazının bu yataqdan laylara vurulması həcminin azalmasına imkan verəcək.

Lakin məsələ hələlik müzakirə mərhələsindədir. Buraya qiymət amili də daxildir.

"İstənilən halda Azərbaycanın kifayət qədər qaz ehtiyatları var və əlavə həcmi isə biz ancaq yaxşı qiymətə almağa hazırıq", - deyə

Dövlət Neft Şirkətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, "Qazprom"da qazın qiymətini müəyyən edən düstur hazırda neftin qiymətinə bağlıdır. "Əgər Rusiya şirkəti qazı spot qiymətlərlə reallaşdırsaydı, vəziyyət bizim üçün daha cəlbedici olardı", - deyə o, əlavə edib. 

Bununla belə, kifayət qədər güclənmiş SOCAR "Qazprom" kimi nəhəngə qarşı "şəxsi heç bir məsələ yoxdur - yalnız biznes" prinsipini tətbiq edə bilər.

"Region Plyus"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
136

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
146

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
201

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
257

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 14:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru