Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
13:43
SOCAR: ən az neft çıxaran, ən böyük ştatı olan şirkət
"Exon Mobile", "BP", "Şevron", "Total"ın Rövnəq Abdullayev qədər pulu yoxdur?

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışı zamanı bildirmişdi ki, SOCAR-ın ölkə daxilindəki idarə və müəssisələrində ümumilikdə 55 min, xaricdəki müəssisələr və nümayəndəliklərində isə 12 min işçi çalışır. Beləliklə, aydın olmuşdu ki, SOCAR-ın ümumilikdə 67 min işçisi var. Şirkətin 2014-cü il illik dövriyyəsi 39 milyard dollar olub. SOCAR-ın illik dövriyyəsini bəzi beynəlxalq şirkətlərin illik dövriyyəsi ilə müqayisə etsək görərik ki, Rövnəq Abdullayev həddindən artıq çox işçi saxlayır.

Məsələn, ABŞ-ın "Exon Mobile" şirkətinin illik dövriyyəsi 394 milyard dollardır. Bu şirkətin bazar qiyməti isə 417 milyard dollardır. Amma "Exon Mobile"də işləyənlərin sayı 75 min nəfərdir. Böyük Britaniyanın BP şirkətinin illik dövriyyəsi isə 386 milyard dollardır. Işçilərinin sayı 84 min nəfərdir. Yaxud götürək ABŞ-ın "Şevron" şirkətini. Bu şirkətin illik dövriyyəsi 192 milyard dollardır. Işçilərinin sayı isə SOCAR-dan da azdır: 64 min nəfər.

İllik dövriyyəsi 171 milyard dollar olan Fransanın "Total" şirkətinin isə 97 min işçisi var.

Səudiyyə Ərəbistanının "Aramko" şirkətinin illik dövriyyəsi 311 milyard dollardır, işçilərinin sayı isə 57 min nəfərdir.Britaniya ilə Niderlandın birgə şirkəti olan "Şell"in illik dövriyyəsi 459 milyard dollardır. Işçilərinin sayı isə 92 min nəfərdir.

SOCAR-ı yalnız Rusiyanın "Lukoyl" şirkəti ilə müqayisə etmək olar. Bu şirkətin də illik dövriyyəsinə işçilərinin sayı həddən artıq çoxdur. 141 milyard dollar illik dövriyyəsi olan "Lukoyl"un 151 min nəfər işçisi var. (azadliq.info)

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
279

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
473
Şərhlər
Cefer Sadiq tərəfindən 10-11-2015 09:56:16 tarixində yazıldı
İşçi
Bunun neyi pisdiki 67 000 ailə öz evinə ruzisini aparır ixtisar olsa 37000 işçi çıxasa 37 000 ailə nece dolanacaq hiiii
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 17:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru