Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
16:54
Mingəçevirdə əmək yarmarkası keçiriləcək

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti əmək yarmarkasının noyabrın 6-da Mingəçevir şəhərində keçirilməsi planlaşdırılır. İlkin məlumata əsasən, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 54 Əmək yarmarkası təşkil olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
196

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
279

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 03:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru