Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2015
17:29
Azərbaycanda parlament seçkilərinin təkrar keçirilməsi tələb edilir
Müsavat, ReAl, NİDA və KXCP bəyanat yaydılar

FaktXəbər-in məlumatına görə, dünən keçirilən parlament seçkiləri ilə əlaqədar Müsavat Partiyası, “ReAl” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı və KXCP bəyanat yayıblar.

Bəyanatlarda deyilir:

"Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı,  “NİDA” Vətəndaş Hərəkatı

- Siyasi məhbusların azad edilmədiyi;

- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı; 

- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı; 

- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;

- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;

- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;

Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir".

KXCP İdarə Heyətinin bəyanatında isə deyilir:

- KXCP - 01 noyabr 2015-ci il seçkilərinin  imza toplama, təbliğat – təşviqat mərhələsində və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları ilə, hakimiyyətin təyin etdiyi parlamenti  qeyri - legitim hesab edir.

- KXCP 01 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina edir.

- KXCP 01 noyabr “seçkiləri”nin nəticələrinin  ləğv edilməsini və Milli Məclisə  yeni seçkilərin keçirilməsini tələb edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
200

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
226

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
207

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 00:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru