Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2015
16:20
İbrahim Məmmədov sabahdan efirə qayıdır

AzTV sədrinin keçmiş müavini, telejurnalist İbrahim Məmmədov parlament seçkilərini "Region" TV-də işıqlandıracaq.

Bu haqda məlumatı "Region" TV-nin mətbuat katibi İsmayıl Həsənov telekanalın sabah keçiriləcək parlament seçkilərini necə işıqlandıracağı ilə bağlı milli.az-ın sualını cavablandırarkən verib.

""Region" TV sabah keçiriləcək seçkilərə böyük önəm verir, sabahkı efir torunu da bu prosesə uyğun hazırlayıb. Bildiyiniz kimi, televiziyamız Cənubi Qafqazın ən böyük teleşəbəkəsidir. Parlament seçkilərinin işıqlandırılmasında da regional yayımçı olan resurslarımızın imkanlarından səmərəli şəkildə istifadə olunacaq. Telekanalımız seçki günü fasiləsiz olaraq canlı və videoyazı materialları şəklində prosesi işıqlandıracaq. MSK-da yaradılmış Seçkilər Media Mərkəzindən mütəmadi olaraq canlı yayıma çıxacağıq. Mərkəzdən tamaşaçılarımızı seçkinin gedişatı ilə bağlı məlumatlandıracaq şəxs isə kanalın sosial-analitik məsələlər üzrə sədr müavini İbrahim Məmmədov olacaq" - deyə İ.Həsənov bildirib.

Kanalın mətbuat katibi digər yeniliklər haqda da danışıb: "Seçki günü şəbəkəmizə daxil olan, ölkənin ilk xəbər kanalı TTV-yə də mütəmadi bağlantılarımız olacaq. Bu bağlantılar zamanı tamaşaçılarımız maraqlı bir yeniliyin də şahidi olacaqlar. Sabah keçiriləcək seçkilərin gedişatını operativ və obyektiv şəkildə tamaşaçılarımıza çatdırmağa çalışacağıq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
115

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
520

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
485

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
712

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
693

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
688
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 12:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru