Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2015
14:48
Kral Salman Rusiyanın heyfini neftlə çıxır

Bazar günü Səudiyyə Ərəbistanı neftin qiymətini xeyli salıb. Ötən ay da Körfəzdəki rəqib istehsalçılar böyük ixtisarlar etmişdilər.

"The Wall Street Journal" yazır ki, neftin qiymətinin aşağı olmasına baxmayaraq Birləşmiş Ştatlar da istehsalı artırır və neft ixracatçısı ölkələri təşkilatı (OPEK) Asiya bazarlarında payını saxlamaq uğrunda mübarizə aparır.

Səudiyyənin "Saudi Aramco" dövlət şirkəti Asiyaya göndərdiyi neftin barelinin qiymətini 1,7 dollar endirib. Eləcə də Yaxın Şərqə göndərilən neftin bareli 2 dollar, ABŞ-a göndərilənin qiyməti 30 sent ucuzlaşdırılıb.

Ötən ay İran, İraq, Yaxın Şərqin digər ölkələri qiymətləri daha çox endiriblər. Səudiyyə isə daha çox neft çıxaracağını deyir, ümid edir ki, qiymətin salınması Asiyanın tələbatını stimullaşdıracaq və rəqibi ABŞ-da baha başa gələn istehsalı vuracaq. Ancaq Çində iqtisadi artım zəiflədiyindən iyulda ABŞ-da istehsal sutkaya 68 min barel artıb. Məlumatı ABŞ-ın Enerji İnformasiyası İdarəsi yayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru