Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2015
17:03
MİS işçiləri parlament seçkiləri prosesinə cəlb olunur

Sumqayıtda mənzil-istismar sahələrinin (MİS) işçiləri parlament seçkisi kampaniyasına cəlb ediliblər.

Şəhər sakinlərinin verdikləri məlumata görə, MİS isçiləri vətəndaşlara telefon edərək onların bu və ya digər namizədə həqiqətən imza verib-vermədiyini soruşurlar.

Əsasən belə “yoxlama”ya müxalifət partiyaların namizədlərini və müstəqil namizədləri dəstəkləyən vətəndaşlar məruz qalırlar.

Seçicilər bu zəngləri onların hüquqlarının pozulması hesab edirlər, çünki qanunla onlar kiminsə qarşısında hesabat verməyə borclu deyil.

Eyni zamanda Mərkəzi Seçki Komissiyasında hesab edirlər ki, dairə seçki komissiyalarında ekspert komissiyaları imza vərəqələrindəki imzaların doğruluğunu yoxlamaq ücün müxtəlif qurumların xidmətlərindən istifadə edə bilər.

Digər məlumata görə, yerli icra hakimiyyəti orqanları MİS işçilərindən ibarət qruplar hazırlayır ki, onlar da müvafiq ərazilərə cavabdeh olur.

Əvvəlki seçkilər zamanı həmin qruplardan tələb edilib ki, sakinlərin şəxsiyyət vəsiqələrinin nömrələrini təqdim etsinlər. Müxalifətçilərin ərizələrinə görə, bu məlumatlardan hakimiyyətyönlü namizədlərin xeyrinə imza toplanmasında istfadə olunub. Görünür, bu praktikadan indi də istifadə etmək istəyirlər.

Bundan əlavə, əvvəlki seçkilərdə bu cür qruplardan seçki məntəqələrində “müstəqil” müşahidəçi kimi, həmçinin “karusel”- eyni qrupun müxtəlif məntəqələrində dəfələrlə səs verməsinin  təşkilində istifadə edilib

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
200

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
226

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
202

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 23:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru