Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2015
12:26
ASAN xidmət Göygöldə

ASAN xidmət Göygöl rayonunda vətəndaşlara səyyar xidmət göstərəcək.

ASAN-dan verilən məlumata görə, 26 sentyabr – 10 oktyabr tarixlərində Səyyar ASAN xidmət Göygöl rayonunda Göygöl və Samux, Siyəzən rayonunda isə Siyəzən və Xızı sakinlərinə səyyar formada xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

· Notariat fəaliyyəti;

· Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

· Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

· Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

· Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

· Əmək pensiyalarının təyin edilməsi;

· Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

· Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

· Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə : ASAN xidmət Göygöldə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru