Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2015
20:54
Göygöldə yaralanan şagird öldü - YENİLƏNİB

Göygöl rayonunda orta məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumata görə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

15:06

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Hadisə rayonun Çaykənd kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. 

Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
260

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
207

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
215

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
490

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru