Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2015
15:27
Azərbaycan İslam Partiyasında istefa var

Azərbaycan İslam Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə FaktXəbər-ə siyasi qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, toplantıda əsas məsələ quruma sədr əvəzi kimi rəhbərlik edən, partiyanın 2011-ci ildən bəri məhbus həyatı yaşayan sədri Mövsüm Səmədovun səlahiyyətlərini həyata keçirən Elçin Manafovun tutduğu vəzifədən istefası olub.

Elçin Manafov ölkə miqyasında, siyasi partiya rəhbərliyindən mərhum Əlikram Əliyevdən başlanan istefa vermək mədəniyyəti ənənəsinə sadiq qalaraq, bu yüksək postdan getdiyini açıqlayıb.

Partiyanın İdarə Heyəti E.Manafovun istefasını qəbul edərək, məsləhət-məşvərətdən sonra qurumun rəhbərliyinə sədr əvəzi vəzifəsini İlham Əliyevə həvalə edib.

Xatırladaq ki, İlham Əliyev bir müddət öncə AİP-ə sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
356

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
496
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru