Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2015
21:57
Mingəçevir hadisələrinə görə polis əməkdaşı həbs edildi

Bir neçə gün əvvəl Mingəçevirdə baş verən hadisələrə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Xidmət rəhbərinin sözlərinə görə Ş.Şahlarzadə Cinayət Məcəlləsinin iki maddəsi üzrə- 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.

Avqust ayının 20-də Mingəçevir şəhər Polis İdarəsinə narkotik maddələrdən istifadəyə görə saxlanılan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyev özünü 3-cü mərtəbən atmışdı. 

Hadisədən sonra Mingəçevir şəhərində yüzlərlə insan küçələrə axışaraq polislə aralarında iğtişaşlar baş vermişdi.


Mingəçevir iğtişaşları

Bundan sonra Daxili İşlər Nazirliyi hadisəylə bağlı bəyanat vermişdi. Həmin bəyanatda: “orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olduğu qeyd edilirdi.”

Bəhruz Dilsuz oğlu Hacıyev - Özünü pəncərədən atan şəxs

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
221

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
299

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru