Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2015
12:10
Devalvasiya üçün neftin qiyməti 35-40 dollara düşməlidir
Sabit Bağırov: “Hökumət ehtiyatları sabit saxlmaq siyasətinə üstünlük versə ölkədə vəziyyət pisləşə bilər”

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir. Belə ki, Brent markalı neftin qiyməti 46 dollara qədər enib. Bu isə heç də yaxşı nəticələr vəd etmir. Digər tərəfdən ekspertlər bildirir ki, dünya bazarında neftin qiyməti aşağı səviyyədə qalması prosesi uzun çəkəcək. Bunun da təbii ki, Azərbaycana  neqativ təsirləri qaçınılmaz olacaq.

 

İqtisadçı ekspert Sabit Bağırov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, birinci devalvasiya bəzi şeyləri öyrətdi: “Düşünürəm ki,  neftin qiymətinin 50 dollardan aşağı düşməsinə baxmayaraq hökumət manatın kursunu sabit saxlamaqda davam edəcək. Çünki, birinci devalvasiya bizlərə bəzi şeyləri öyrətdi. Düşünürəm ki, neftin qiyməti kəskin düşərsə kəskin devalvasiya artıq qaçınılmaz olacaq. Ölkədə kəskin devalvasiyanın qaçınılmaz olması üçün neftin qiyməti 35-40 dollara qədər düşməlidir. Ümumiyyətlə neftin qiyməti ilə bağlı ölkədki aparılacaq proseslər hökumətin siyasətindən asılıdır. Hökumətin resursları var. Hökumət bu durumu ən azı 5 il saxlaya biləcək qədər resurslara malikdir. Əgər hökumət ehtiyatları xərcləmək qərarına gələcəksə, onda ölkədəki durumunun pisləşməsinin qarşısını müvəqqəti də olsa alınacaq. Amma bunun qarşılığında resurslar əriyəcək. Amma ehtiyatları sabit saxlamaq istəsək onda vəziyyət pisləşə bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
211

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
215

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
271

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
682

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
275

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
328

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 11:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru