Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2015
14:42
Hacı Şahin Həsənli: İqtisadi böhran Həccə gedənlərin sayında azalmaya səbəb oldu

Hacı Şahin Həsənli bu il Azərbaycandan Həccə gedənlər üçün vakant yerlərin dolmamasını iqtisadi böhranla izah edib.

Əvvəlki illərlə müqayisədə bu il həcc ziyarətinə gedənlərin sayında azalma müşahidə olunur. Bunun iqtisadi səbəbləri var. İlahiyyatçı Hacı Şahin Həsənli Sputnik-ə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, dünyadakı iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi ölkələrin iqtisadiyyatına, bilavəsitə sadə vətəndaşların cibinə də təsir edir. 

“Hal-hazırda dünyada çox ciddi iqtisadi böhran müşahidə olunur. Bu böhran müqəddəs ziyarətə getmək istəyənlərə də təsir edir. Ölkəmizdə həcc ziyarətinə getmək istəyənlər həmişə çox olub. Keçən ilə qədər, ziyarət üçün Səudiyyə hökuməti tərəfindən Azərbaycana ayrılan yerlər aylar öncədən dolurdu. Bu il isə fərqli oldu. Yerlər hələ tam tutulmayıb. Bunun arxasında iqtisadi problemlərin dayandığını düşünürəm” — deyə ilahiyyatçı Hacı Şahin Həsənli qeyd edib.

Həcc ziyarətindəki bahaçılıqla bağlı sualımızı da cavablandıran ilahiyyatçı, qiymətlərin Səudiyyə hökuməti tərəfindən təyin olunduğunu söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
50

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
805
Şərhlər
Tarlan Haqverdi tərəfindən 19-08-2015 11:00:35 tarixində yazıldı
hecc
cox gozel olardi Haci Sahin hesenli basqa olkelerde olan qiymetlerin niye bizden ucuz olmaqini soyleyerdi.esas sebeb bohran deyil.qiymetler bahadi.cunki monopoliyadi.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 12:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru