Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2015
09:59
İnternet 7 gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur

Başlıq bir qədər Den Braunun əsərlərini xatırlatsa da, vəziyyət realdır: bütün internet 7 real açarla idarə olunur. "The Guardian" qəzetinin xüsusi layihələr üzrə redaktoru Ceyms Bol (James Ball) "açar mərasimi" adlanan ritualı izləmək imkanı əldə edib.

Mərasimi aparan şəxslər "Təyin Edilmiş Ad və Rəqəmlər üzrə İnternet Korporasiyası"nın (ICANN - Internet Corporation gor Assigned Names and Numbers) əməkdaşlarıdır. ICANN rəqəmlərlə göstərilən internet ünvanlarının kompüter və vebsaytlar üzrə təyin edilib brauzerlərdə axtarışa verdiyimiz normal veb ünvanlarına köçürülməsi üçün məsuliyyət daşıyır. Məsələn, brauzerdə 64.27.101.155 rəqəmlərini yazsaq, "Business Insider" saytı gələr. Ancaq www.businessinsider.com yadda saxlamaq daha asandır, nəinki rəqəmləri.

ICANN məlumat bazasına daxil ola bilən şəxs internetin idarəsini də ələ ala bilər. Məsələn, həmin şəxs bank saytlarını axtarışa verənləri saxta bank saytlarına yönəldə bilər. Əgər belə bir şey baş verərsə, ICANN məlumat bazası yenidən qurulmalıdır. Buna görə də, təşkilat idarəni yalnız bir şəxsə vermir və işini ehtiyatlı tutur. Bu iş üçün hər birinə bir əsl açar verilən 7 nəfər seçilib. Həmin bu 7 nəfəri əvəz edə biləcək daha bir 7 nəfər də ehtiyatda var.

Həmin açarlar dünyanın dörd bir yanında gizli saxlanılan ehtiyat qutuları açır. Quyuların içində açar kardlar yerləşdilib. Həmin kardları birləşdirdikdə "əsas açar", yəni ICANN məlumat bazasına giriş üçün tələb olunan kod, parol alınır.

2010-cu ildən bu yana açarların həvalə edildiyi şəxslər hər il dörd dəfə görüşür və yeni kod yaradırlar. Mərasimdə iştirak etməzdən əvvəl çoxlu sayda təhlükəsizlik yoxlanışları aparılır. Mərasimin keçirildiyi otaq elektron əlaqə vasitələrindən qorunurlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
350

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
261

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
261

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
306

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
666

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 01:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru