Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Avqust

2015
11:18
Azərbaycan Dövlət Neft Fondu son üç gündə 23 mln. dollar itirib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin Mərkəzi Bankının (ÇMB) yuanın növbəti devalvasiyası qərarı nəticəsində daha 5,5 mln. ABŞ dolları itirib.

ÇMB bu gün milli valyutanı daha 1,1 % devalvasiya edib. Bununla da ARDNF Çin istiqrazlarına 3 mlrd. yuan (500 mln. dollar) həcmində yatırdığı investisiya son üç gündə 23 mln. dollar dəyərdən düşüb.

Qeyd edək ki, ÇMB devalvasiya prosesi çərçivəsində son üç gündə yuanı 4,6% ucuzlaşdırıb. Bank bugünkü açıqlamasında "yuan valyuta bazarlarında özü üçün münasib məzənnə axtarışındadır" deyə bəyan edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın hər an yeni devalvasiyaya məruz qala biləcəyinə işarə edir.

Məlumat üçün bildirək ki, yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
178

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
189

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
250

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
262

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru