Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2015
16:27
İlham Əliyev:`Nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq`

«Neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin».

FaktXəbər-in məlumatına görə, bunu prezident İlham Əliyev avqustin 8-də Şabran rayonunda yerləşən «Qalaaltı Hotel & SPA» müalicə-istirahət kompleksinin açılışında bildirib. 

Prezident deyib: «Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir».

İlham Əliyev d eyib ki, təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. «Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
210

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
211

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 17:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru