Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2015
11:34
Neft Fondunun Moskvadakı əmlakı 44 milyon dollar ucuzlaşıb

İqtisadçı ekspert Qubad İbadoğlu Neft Fondunun Moskvadakı əmlakının 44 milyon dollar dəyərsizləşdiyini bildirib. FaktXəbər-in məlumatına görə, Qubad İbadoğlu bu barədə facebook profilində yazıb: 

"3 il əvvəl 133 milyon dollara alınan “Qalereya Aktyor” ofis ticarət mərkəzinin hazırkı qiyməti 88,6 milyon dollardır.

2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun

investisiya portfelinin 87,5%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olub. Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub . Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Belə ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirilib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb”. 

Qubad İbadoğlu bildirib ki, dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd etsə də, Fondu ordakı vəsaitlərini geri çəkməyə çağırsa da təəssüf ki, buna hələ də əməl edilməyib: “Beləliklə də Fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərin səviyyəsinin daha yüksək olacağı gözlənilir. Son məlumarlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb. Proqnozlara görə, bu tendensiya ilin sonunadək davam edəcəkdir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
279

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 17:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru