Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2015
11:07
“Neftin qiymətinin düşməsi artıq hiss edilməyə başlayıb”
Vüqar Bayramov: ““Ölkə ixracatının dəyər ifadəsi son 1 il ərzində 2 dəfə azalıb”

“Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın gəlirlərinə ciddi təsir göstərəcək. Səbəb isə budur ki, ölkənin ixrac etdiyi məhsullarının 90-95%-ni enerji məhsulları təşkil edir.”

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Vüqar Bayramov dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanın üzləşə biləcəyi durum haqqında açıqlama verərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, baş verənlər Azərbaycan ixracatının dəyər ifadəsinin aşağı düşməsinə və ölkəyə daxil olan vəsaitlərin azalmasına gətirib çıxaracaq:

“Əslində neft ixrac edən ölkələr üçün bazarda neftin 1 barelinin qiymətinin 80 dollar olması arzu ediləndir. Belə olan halda sözügedən ölkələrə öz gəlirlərini balanslaşdıra bilirlər. Qiymətlərin düşməsinin təsiri artıq Azərbaycanda hiss edilməyə başlayıb. Ölkə ixracatının dəyər ifadəsi son 1 il ərzində təxminən 2 dəfə azalıb. Bu da nəticədə neft satışından əldə edilən gəlirlərə ciddi təsir göstərir.” 

Maliyyə Nazirliyinin faktiki olaraq kapital xərcləri azaltdığını söyləyən ekspert, bildirdi ki, ixtisarlarla balansı qorumağa çalışırlar:  “2015-ci ildə sosial ayrılmalarla bağlı hər hansı bir artımın olacağını proqnozlaşdırmırıq. Mərkəzi Bank üçün də baş verənlər fonunda manatın məzənnəsini saxlamaq çətindir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
209

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
229

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
202

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
510
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 20:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru