Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2015
15:17
Hacı Şahin Həsənli etiraz etdi
«Kiminsə adından istifadə edib qazanc götürmək düzgün deyil».

Xəbər verdiyimiz kimi, bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bəzi çantaların üzərində "I love Haci Şahin" yazılıb. Bununla əlaqədar olaraq FaktXeber.com ilahiyyatçı Hacı Şahin Həsənlidən münasibət öyrənib.

İlahiyyatçı bunun kimin və nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: «Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə  hər hansı fikir söyləməkdə çətinlik çəkirəm».

«Bəs ümumiyyətlə fərdlərin adlarının bu formada çantaların üzərinə yazılmasına necə baxırsız?», - sualına cavab olaraq isə Hacı Şahin Həsənli bu məsələyə düzgün baxmadığını deyib: «Ən azından bu barədə həmin insanın özü ilə danışmaq, razılığını almaq olardı. Təbii ki, mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru