Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2015
14:54
Azərbaycan bu il neft məhsullarının ixracını 48% artırıb

Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 180,654 min ton neft məhsulu ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% azdır.

SOCAR-dan Faktxeber.com-a  bildirilib ki, ixrac edilən məhsulun 68,450 min tonu yaxud 37,89%-i dizel yanacağı, 27,973 min tonu yaxud 15,5%-i təyyarə yanacağı, 72,09 min tonu və ya 39,9%-i vakuum qazoylu, 0,1 min tonu və ya 0,1%-i soba mazutunun və 12,04 min tonu və ya 6,7%-i aşqarın (depressor AKİ) payına düşür.

Ötən ilin iyul ayı ilə müqayisədə SOCAR tərəfindən ixrac edilən vakuum qazoylunun həcmi 31,9%, dizel yanacağı - 54,6% azalıb, aşqarın (depressor AKİ) - 21,8%, təyyarə yanacağını ixracı isə 15,6% artıb.

Qeyd edək ki, SOCAR bu ilin ilk 7 ayında 1 320,878 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% çox neft məhsulu ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-iyul ayları ərzində SOCAR 6,1% çox - 560,306 min ton dizel yanacağı, 31,8% çox - 131,483 min ton təyyarə yanacağı, 2,5 dəfə çox - 533,962 min ton vakuum qazoylu, 56,7% çox - 0,28 min ton soba mazutu, 2,1 dəfə çox - 94,858 min ton aşqar (depressor AKİ) ixrac edib.

Bu il ərzində SOCAR avtomobil benzini, DT yanacağı, sürtgü yağları, neft bitumu və ağır piroliz qətranı ixrac etməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
261

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
230

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
276

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
703

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
280

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
328
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 13:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru