Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2015
12:58
Proqnoz: Neftin ucuzlaşması davam edəcək

Dünya bazarında neft qiymətlərinin azalması davam edəcək. Buna səbəb ABŞ-da şist nefti istehsal edən şirkətlərin bazara çıxması səbəbindən baş verə bilər.

"Bank of America Merryl Lynch"in əmtəə bazarları bölməsinin rəhbəri Fransisko Blanşın fikrincə, ABŞ neft şirkətləri keçən ildən etibarən 45%-lik ucuzlaşma səbəbindən hasil etdiyi nefti satışa çıxarmayıb, ehtiyat anbarlarda saxlayıblar və neftin bahalaşacağını ehtimal gözləyib: "Lakin neftin qiymətinin artması prosesi ləngidiyi üçün bir çox xırda və ortaölçülü şist neft hasil edən şirkətlər məhsullarını artıq bazara çıxarmağı düşünür".

Qeyd edək ki, ABŞ şist nefti istehsal edən şirkətlərinin bir çoxu satışı müddətli maliyyə instrumentləri ilə (hedge) aparır və bununla da özlərini hər hansı qiymət azalmasından sığortalayır. Lakin "hedge" əməliyyatlarının sayının artması neftin qiymətini aşağı çəkib. "Bank of America"nın verdiyi məlumata əsasən, 2015-ci ildə şirkətlərin yarısı, 2016-2017-ci illərdə isə 25%-i satışını sabitləşdirərək özlərini "hedge" ediblər.

"Energy Aspects" konsaltinq agentliyinin neft sahəsi üzrə analitiki Virendra Çauxan bildirib ki, şirkətlərin özlərini "hedge" etməsinin digər səbəbi bank kreditlərini əldə etmək istəməsi ilə bağlıdır. Ona görə də şirkətlər məcburən cari qiymətdən özlərini qoruyur.

Keçən il kəskin ucuzlaşan neft "hedge" əməliyyatlarının həcmini artırıb. Hazırda Nyu-York əmtəə birjasında bu tip əməliyyatların həcmi 394 mln. barelə yüksəlib. Bu əməliyyatların artması isə öz növbəsində neft qiymətlərini aşağı çəkəcək. Bunu görən şirkətlər isə onsuz da bahalaşmayan ehtiyat neft həcmlərini satışa çıxararaq bazarda təklif bolluğu yaradacaqlar ki, bu da cari qiymətlərə əlavə təzyiq göstərəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
245

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
191

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
267

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
523
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 01:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru