Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2015
13:24
İranla razılıq neftin qiymətini ucuzlaşdırdı

İranla və “Altılıq” ölkələri arasında İran nüvə proqramı üzrə razılıq əldə edilməsi neftin qiymətini 1 dollardan artıq aşağı salıb. 

Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 51,12 dollar, ICE London qitələrarası birjasında isə Brent markalı neftin qiyməti isə 57,31 dollar olub. 

Qeyd edək ki, neftin qiymətinə tərəflər arasında razılığın əldə edilməsindən sonra bazara neft ixracının artacağı ilə bağlı gözləntilərin artması təsir edib. 

Xatırladaq ki, İran diplomat razılığından dərhal sonra bu sözləri bildirib:

“Ağır işin nəticəsi oldu, biz saziş bağladıq”. 

Onu da əlavə edək ki, tərəflər arasında iyunun 30-dan müzakirələr gedirdi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru