Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2015
14:16
5 ilə qeyri neft-sektorunu 5 dəfə inkişaf etdirilməsi mümkündürmü?

“Qarşıdan gələn 5 il müddətinə qeyri-neft sektoru məhsullarının ixracını artırılmasını hədəfləmək olduqca yaxşı bir yanaşmadır. Lakin təəssüflər ki, son illər ölkənin qeyri-neft sektoru klassik anlamda olsa da, neft sektorundan asılı bir vəziyyətdədir. Yəni qeyri-neft sektoruna qoyulan dövlət investisiyalarının böyük əksəriyyəti neft pullarının payına düşür.”  Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan hökumətinin qarşıdakı 5 ildə qeyri-neft sektoru məhsullarının ixracını 5 dəfə artıracağına dair səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, hökumətin hədəflədiyi məqsədə çatmaq üçün çox ciddi islahatlara ehtiyac var:

“Burada ilk öncə ölkənin investisiya baxımından ciddi və cəlbedici ölkəyə çevrilməsi vacibdir. Ölkəni investorlar üçün də cəlbedici olması üçün mütləq formada ölkədə mülkiyyət toxunulmazlığı və məhkəmələrdəki problemlərlə bağlı məsələlər həllini tapmalıdır. Sözügedən problemlər həll edilmədən investorlar ölkəyə gəlməyəcəklər.”

Problemlərin aradan qaldırılması üçün ciddi struktur islahatların həyata keçirilməsinin lazım olduğunu söyləyən ekspert, “xüsusilə bank sahəsindəki problemlər öz həllini tapmalıdır. Burada böyük kapitala malik bankların cəlb edilməsi məsələsi mühüm faktorlardan biridir”, - deyə bildirdi: 

”Eyni halda korrupsiya ilə bağlı ciddi addımların atılması labüddür. Sənədləşmə məsələləri də ciddi şəkildə nəzərdən keçirilməlidir. Azərbaycanda bəzi sahələr vardır ki, orada işə başlamaq üçün həyata keçirilən sənədləşmə işində ciddi problemlər var. Hətta adi tikinti işinə başlamaq üçün 10-dan çox qurumdan icazə və sənəd almaq lazım gəlir. Bu da öz növbəsində həm vaxt itkisidir, həm də ki, ciddi şəkildə korrupsiyaya yol açır. Ona görə kompleks şəkildə problemlərin həllinə çalışılmalı və ortalığa ciddi fəaliyyət proqramı qoyulmalıdır ki, qarşıdan gələn 5 il ərzində deyilən nəticəni əldə etmək mümkün olsun.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda quşçuluq ferması yanıb

05

İyun
09:00
HÜQUQ,HADİSƏ
105

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
257

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
316

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
247

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
276

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
226

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 09:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru