Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2015
11:22
Hacı Şahin hicab qadağasından DANIŞDI
Hacı Şahin Həsənli: "Hicab Qurani-Kərimin buyurduğu bir tələbdir, müsəlmanın geyim formasıdır"

Son zamanlar üçün aktual problemə çevrilən hicab qadağası bir çox narazılıqların yaranmasına səbəb olur. Rusiya, Hollandiya, İsveçrə, Fransa, Almaniya kimi ölkələrdə ictimai yerlərdə hicab geyinilməsinə dövlət səviyyəsində tam qadağa qoyulması cəmiyyətdə çaşqınlığa səbəb olur. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarını dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq təqdirəlayiq deyil. Qərb mətbuatı bu qadağanı “islam təhlükəsi” kimi gündəmə gətirir.

Hicab İslamda qadınlara cəmiyyətin ictimai həyatında iştirak etməkdə mane olmur, iş mühitinin sağlam olmasını və qadının ictimai fəallığını təmin edir, heç də qadının evə həbs edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir.

Hicabın digər dinlərdə də yerini araşdırdıqda maraqlı faktlarla qarşılaşırıq. Məsələn, yəhudilərdə nəinki ənənəvi hicaba riayət edilir, hətta bədənin hər yeri qapanırdı. Xristian dini də yəhudi şəriətini qüvvədə saxlayırdı. Qədim İranda, həmçinin yəhudi və iudaizm dininə sitayiş edən xalqlar arasında da hicaba münasibət İslamdakından daha sərt idi.

İlahiyyatçı Hacı Şahin Həsənli açıqlamasında  bildirib ki, hicabı təhlükə mənbəyi kimi təqdim etmək islamı gözdən salmağa yönəlmiş addımlardır.

“Azadlığın təminatçısı kimi özünü qələmə verən Qərb ölkələrində bu cür addımların atılması tamamilə məntiqə uyğun deyil. Bu, bəzi dəyərlərin tapdanmasıdır. Bir sıra ölkələrdə hicabın yox, niqabın qadağan edilməsi haqqında danışılır. İslam dinində üzün örtülməsi vacib deyil, amma hicab Qurani-Kərimin buyurduğu bir tələbdir, müsəlmanın geyim formasıdır”.

Hacı Şahin qeyd edib ki, Qərb ölkələrində bu cür qadağaların tətbiqi islamafobiyanın təzahürüdür.

“Bunun hər hansı bir təhlükəylə heç bir əlaqəsi yoxdur. 21-ci əsrdə insanlara geyindiyi paltarın formasına görə yox, intellektual səviyyəsinə və mədəni göstəricilərinə görə qiymət vermək lazımdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
635

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
644
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru