Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2015
11:14
Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik aşkar ediblər

Azərbaycan gömrük xidməti orqanı əməkdaşları 5 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Ukraynadan Azərbaycana gələn Ukrayna vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5 310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.

Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
363

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru