Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2015
16:59
ABŞ-ın həyatdan sildiyi fiziki jurnalistlər necə tapdılar? - FOTO
51-ci zona barədə danışanlar müəmmalı şəkildə öldürülürlər

"51-ci zona" ABŞ-ın  heç bir xəritədə göstərilməyən məxfi hərbi bazasıdır. Bu bazanın müəmmalı tikintisi 1955-ci ildə qurumuş gölün dibində başlayıb. Ümumiyyətlə, Nevada ştatındakı səhralıqda yerləşən bu hərbi bazanın məxfilik dərəcəsi o qədər yüksəkdir ki, oraya hətta prezidentlər belə, yalnız xüsusi icazə ilə daxil ola bilir. 

Belə bir şayiə gəzir ki, 50-ci illərdə 51-ci zonaya yerdənkənar texnikanın nümunələri də gətirilib. Bir çox ufoloq və alimlərin fikrincə, burada Naməlum Uçan Obyektlərin (NUO) qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Şayiəyə əsasən, orada saxlanılan iki yadplanetlilərdən biri NUO qəzası zamanı amerikalı əsgərlərinin əlinə keçib. Biri 1952-ci ildə ölüb, digəri isə 8 ildən sonra.

FaktXəbər-in məlumatına görə, bu bazanın ətrafı 1500 metr hündürlüyündə olan dağlardan ibarətdir. Sözügedən rayonda nüvə sınaqlarının aparılması adı ilə 51-ci zonada mülki təyyarələrin uçuşu qadağan edilib. 51-ci zonada yerli əhalinin tamamilə mövcud olmaması üzündən burada müxtəlif sirlərin saxlanılması üçün olduqca əlverişli bir ərazidir. 51-ci zonaya (AREA-51) gedən yolda 100 km-dən çox məsafədə heç bir şəhərə və ya hər hansı bir işarəyə rast gəlmək mümkün deyil. Yalnız bazanın yaxınlığına çatanda kənar şəxslərin əraziyə daxil olmasının qadağan edildiyi barədə böyük xəbərdarlıq lövhələri mövcuddur. Məhz burada 1977-ci ilin əvvəllərində rəsmi açıqlamasından 10 il qabaq “Stels” texnologiyası əsasında hazırlanan gözəgörünməz əfsanəvi F-117A  qırıcı təyyarəsi sınaqdan keçirilib. “Stels” hazırlayanların bəziləri bildirib ki, bu texnologiyanın ideyası qəzaya uğramış NUO-nun köməkliyi ilə əldə edilib. Belə ki, kompüter üzrə mütəxəssis Cim Talyani bildirib ki, o və dostları bəzi materialların yerdən kənar mənşəli olduğunu bilirdi.  Buna sübut gözəgörünməz qırıcı təyyarələrlə bağlı aparılan işlərin tam məxfi “Have Blue” layihəsi əsasında keçirilməsi idi. “Blue” kəlməsi ABŞ HQQ-da NUO ilə bağlı adlarda istifadə olunur. 

Bu gün sirli 51-ci zona haqqında olan şahid ifadələri həmin hərbi bazada aparılan tamamilə məxfi işlər barədə ümumi mənzərə yaratmağa imkan verir. Məsələn, 1977-ci ildə aparılan "Red flaq" təlimləri zamanı taktiki eskadrilyanın zabiti, polkovnik Stivens "düşmən" aerodromuna hücum etməyə cəhd göstərərkən, icazəsiz olaraq qadağan olunmuş 51-ci zonanın şimal hissəsinə uçur. Qəfil o, diametri təqribən 20 metr olan qəribə uçan disk görür. Bu zaman Stivensə təcili olaraq uçuşu dayandırmaq və Nellis aerodromuna enmək barədə əmr verilir. Stivens yerə endikdən sonra onu bunkerə aparırlar. İki sutka ərzində pilot ağlagəlməz sorğulara məruz qalır. Stivensdən gördüyü disk barədə heç bir yerə məlumat verməyəcəyinə dair iltizam aldıqdan sonra onu azadlığa buraxırlar. Polkovniki dərhal başqa hərbi hissəyə köçürürlər. Stivens gördüklərini yalnız bir neçə il sonra açıqlamağa risk edir.

Həmçinin  “Lockheed Martin” Amerika aerokosmik korporasiyasının mühəndisi Boyd Buşman ölümqabağı  yadplanetlilərdən məlumat verərək, onların fotolarını nümayiş etdirib.  O, keçən ilin avqustunda 78 yaşında vəfat edib. Buşman 51-ci zonada kənar sivilizasiyaları şəxsən gördüyünü iddia edib. Mühəndis bildirib ki, o, 51-ci zonada işləyirmiş və rəsmi məlumatlara görə, orada eksperiment uçuş aparatlarının hazırlanması aparılıb. 

51-ci zonada çalışmış amerikalı fizik Bob Lazar sözügedən hərbi bazanın sirləri haqqında söhbət açıb: "1988-ci ilin dekabrından 1989-cu ilin aprel ayınadək 51-ci zonada işləmişəm. Mən tarixdə ən məxfi layihə üzərində çalışırdım. İşlədiyim yer 51-ci zonada -dağın içərisində yerləşən laboratoriya idi. 60 dərəcə aşağıda yerləşən laboratoriyaya daxil olmaq üçün 9 anqar qapısını keçmək lazım gəlirdi. Qapılar qum rəngində olduğundan dağın torpağından heç fərqlənmirdi. Laboratoriyada işə başlamazdan öncə məni çox da böyük olmayan tikiliyə göndərdilər. Orada mavi rəngli qovluqlarda təqribən 120 sənəd vardı. Həmin sənədləri əsasən yadplanetlilərə və onlara məxsus texnologiyalara dair informasiyalar təşkil edirdi. Sənədlərlə yanaşı burada həlak olmuş yadplanetlilərin şəkilləri və onların meyitlərinin yarılması barədə tibbi arayışlar vardı". 

B.Lazar 51-ci zonada Naməlum Uçan Obyektlərin mühərriklərinin qurulmasının fiziki prinsipləri məsələləri ilə məşğul olub. Məsələ burasındadır ki, uçan boşqabların güc qurğusu ağırlıq sahəsini dəyişən müxtəlif qravitasiya dalğaları yaradır. Qravitasiya sahəsinin dəyişməsi yalnız cəlbetmə və itələmə qüvvələrinin dəyişməsi demək deyil. Yalnız məkanın ölçüsünün dəyişməsi baş verir. Naməlum Uçan Obyektlərin ani yoxa çıxmaq, praktiki mümkün olmayan döngələrdə hərəkəti dəyişmək, forma və rəngin dəyişməsi kimi fenomenləri NUO ətrafında məkanın xarakteristikasının dəyişməsi ilə baş qaldırıb. B.Lazar belə nəticəyə gəlib ki, NUO-lar enerji mənbəyi kimi Mendeleyevin dövrü elementlər cədvəlindəki 115-ci elementdən istifadə edirlər. Lakin həmin elementin uçan boşqabı necə hərəkətə gətirməsi mexanizmi alimlər üçün aydın deyil. Çox ağır olan 115-ci element Yerdə təmiz şəkildə yoxdur. Elm hələlik bu elementi əldə edə bilmir. Üçişarəli elementlər sürətləndiricilər vasitəsilə süni yolla yaradılır. Lakin onlar sabit deyillər və saniyənin mindəbiri qədər ömrü var. Lakin alimlərin hesablamaları göstərib ki, "Transuran sabitlik adası" adlanan bir şey mövcud olmalıdır ki, onu da 114 və 115-ci elementlərə aid etmək olar. Bu o deməkdir ki, onlar dağılmadan uzun müddət fəaliyyət göstərə bilərlər. B.Lazarın iştirak etdiyi layihələr 1979-cu ildə başlamış proqram çərçivəsində aparılıb. Məlum olub ki, həmin ildə bazanın administrasiyası ilə yadplanetlilər arasında münaqişə baş verib. Razılaşmaya əsasən, yadplanetlilər bazanın müəyyən hissəsində özlərinin texnologiyaları barədə məlumat verməklə alimlərlə birgə tədqiqatlar aparırmışlar. Lakin bir dəfə yadplanetlilərin xəbərdarlıqlarına baxmayaraq, bazanın mühafizəsi tədqiqatlar aparılan yeri daha sıx dairəyə almağa başlayır. Yadplanetlilər bütün mühafizə heyətini öldürürlər. Onlara köməyə gələnlərin də aqibəti faciəli olur. Ümumilikdə 44 nəfər mühafizə işçisi həyatla vidalaşır. Yadplanetlilər təlim keçdikləri alimi də öldürərək bazanı tərk edirlər. Havaya qalxmazdan öncə onlar bəyan edirlər ki, qayıdacaqlar. Hətta qayıdış tarixini də açıqlayırlar - 1625xx. Sonuncu iki rəqəm məlum deyil. 

B.Lazarın həmin iki rəqəmin nə məna verə bilməsi barədə heç bir fikri yoxdur. 

51-ci zonada yadplanetlilərin avadanlıq və texnologiyaları qalıb. İndiyədək həmin texnologiyaları müstəqil şəkildə öyrənən alimlər onları dərk edib Yer şəraitində yaratmağa cəhd göstərirlər. Bəzi nəticələr əldə etmək mümkün olub. Bu nailiyyətlər əsasən hərbi sahədə elmi-texniki inqilab etməyə imkan verib. 

B.Lazar bütün bildiklərini ekranlaşdırıb. Bu işdə ona jurnalist D.Kneyppu və teleprodüsser Ş.Morton kömək ediblər. B.Lazar barədə sənədli film ekranlara çıxdıqdan sonra 51-ci zona barədə bu gənc fizikin ifadələrini təsdiqləyən onlarla şahid ortaya çıxır. 

Bəs, B.Lazarı çoxmilyonluq televiziya auditoriyası qarşısına çıxmağa nə vadar etmişdi? "İlk növbədə həyatım üçün qorxurdum. Açıqlamalarımdan sonra məni öldürməkdən çəkinəcəklər", - deyə o vurğulayır. B.Lazarın televiziyadakı çıxışından sonra ABŞ hökuməti bəyan edir ki, onlarda bu fizik barədə heç bir məlumat yoxdur. Həqiqətən də jurnalistləri riqqətə gətirən məsələ bu idi ki, B.Lazarın nə vaxtsa mövcud olması barədə heç bir sənəd tapılmayıb. Adamlar onu xatırlayırdılar. Lakin rəsmi instansiyalar birmənalı şəkildə bunları söyləyirdilər: "B.Lazar anadan olmayıb, təhsil almayıb, işləməyib, evlənməyib". B.Lazar o zaman "zühur" edir ki, Los-Alamosda fizikin iş telefonunun mövcud olduğu köhnə telefon məlumat kitabçası aşkarlanır. Habelə, möcüzə nəticəsində daha bir ciddi sənəd - B.Lazarın ödədiyi vergilər barədə arayış tapılır.

Həmçinun 51-ci zonada çalışan mühəndis-elektrik Daq Şroder NUO-ların uçuşu zamanı çəkilən çoxlu sayda foto görüb. Onun sözlərinə görə, mütəxəssislər nə qədər çalışsalar da NUO-ların surətlərini düzəldə bilməyiblər.  

Bu cür xatırlamalar nəticəsiz qalmır. Və Şroder bu sözlərindən sonra tezliklə müəmmalı şəkildə ölür. 

Görünən budur ki, ABŞ hərbçiləri və yadplanetlilər arasındakı əməkdaşlıq barədə danışmaq qəti qadağandır. Və bu, bəzi əlamətlərə görə, ən çox qorunan sirdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
505

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
390

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
394

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15

Fevral
10:48
HÜQUQ,HADİSƏ
633

Tovuzda yanğın baş verib

14

Fevral
17:30
HÜQUQ,HADİSƏ
538

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb

14

Fevral
17:20
HÜQUQ,HADİSƏ
677
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 05:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru