Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2015
09:42
OPEK-dən yeni neft proqnozu

Azərbaycanda 2015-ci ildə gündə 820 min barel neft hasil ediləcək. Ötən illə müqayisədə neft hasilatı sutkada 30 min barel azalacaq. Bu barədə OPEK hesabat yayıb.

Bu təşkilatın proqnozlarına görə, Azərbaycanda apreldə neft hasilatı 860 min barel təşkil edib və keçən ilin analoji dövrü ilə müqayisədə 20 min barel azalıb. Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda neft hasilatı sutkada 661 min barel təşkil edib. 

"bp" şirkəti mayda gündə 150 min barel neft hasil edən “Qərbi Azəri” platformasında hasilatı 3 həftəliyə dayandırıb. Beləliklə, OPEK gözləyir ki, iyunda neft hasilatı 50 min barel azalacaq.

OPEK-in məlumatına görə, bu ilin I rübündə Azərbaycanda neft hasilatı sutkada 850 min barel təşkil edib. İlin II rübündə OPEK ölkədə neft hasilatını gündə 870 min barel, III rübdə 860 min barel, IV rübdə 790 min səviyyəsində gözləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
375

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
724
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 02:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru