Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2015
15:53
Azərbaycanda yeni yol salınır - FOTO

Şirvan-Salyan avtomobil yolunda yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, 5 kilometrlik hissədə torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2.3 kilometr hissədə isə 30 sm qalınlıqda əsas tikilib.

Ötən gündən etibarən isə yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə start verilib.

Şirvan-Salyan avtomobil yolunda aparılan yenidənqurma işləri şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. İşlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd edək ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir. Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2.5 metrdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
175

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
180

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
210
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru