Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2015
10:11
`Neftlə bağlı təhlükə hələlik sovuşdu` - Ekspert

"FED-in qərarının Azərbaycan üçün iki əsas üstünlüyü oldu". Bu haqda iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib. O, Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılmamasının üstünlükləri barədə danışıb:

"Ötən gün FED dünya iqtisadiyyatı və birjalarının narahatlıqla izlədiyi toplatını yekunlaşdırdı. Əvvəlcədən də ehtimal etdiyimiz kimi, uçot dərəcəsinin, faizlərin artırılması istiqamətində qərar verilmədi. Eyni zamanda hazırkı iqtisadi situasiyanın da diqtəsi ilə yaxın gələcəkdə belə faiz artımlarının olmayacağı, əgər olarsa, bunun da çox kiçik göstəricilərlə ifadə olunacağı istiqamətində açıqlama verildi. FED-in qərarının Azərbaycan üçün iki əsas üstünlüyü oldu. Çünki FED əksinə qərar çıxarsaydı, manata təzyiqlər və Mərkəzi Bankın intervensiya xərclərini artıra bilərdi ki, bu da baş vermədi. İkincisi, faizlərin artırılması dolların bahalaşmasına və buna nisbətdə neftin ucuzlaşmasına səbəb olacaqdı ki, bu təhlükənin də sovuşduğunu deyə bilərik. Təbii ki, neftin qiymətinə təsir edəcək digər faktorlar öz yerində. Sadəcə dolların bahalaşmasından qaynaqlanan ucuzlaşmanı nəzərdə tuturuq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
298

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 21:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru