Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2015
09:16
Brent markalı neftin qiymətində artım qeydə alınıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 58,01 dollar təşkil edib.

FaktXəbər-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar artaraq 62,18 dollar olub.

Xatırladaq ki, bu gün - iyunun 5-də Vyanada (Avstriya) OPEC ölkələrinin ötən ilin noyabr ayından sonra ilk toplantısı keçiriləcək. Məhz noyabr görüşündə hasilat həcminin dəyişilməz qalması ilə bağlı qərarın qəbul olunması dünya neft bazarındakı qiymətləri bir gün ərzində 10% aşağı salıb. Həmin konfransda qiymətlərin stabilləşdirilməsi əvəzinə "təchiz et və idarə et" strategiyası ilə təşkilatın bazar payının qorunmasına üstünlük verməsi bazar iştirakçıları üçün gözlənilməz olub. Qərarın nəticəsi olaraq "Brent" markalı neft 77,75 ABŞ dolları/barel qiymətindən enməyə başlayıb və artıq 2015-ci ilin yanvarında 45,20 dollar/barel səviyyəsində qərarlaşıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
223

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
316

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
302

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
298

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 21:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru