Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2015
10:31
İraqın neft naziri Azərbaycan şirkətlərinə çağırış etdi: GƏLİN

Azərbaycanın inkişaf modeli İraqda təqdim ediləcək.

Bunu 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber söyləyib.

İraqın neft naziri deyib ki, Azərbaycan 20-ci əsrin əvvəlindən etibarən daha böyük addımlarla inkişaf edib: “SSRİ-nin süqutundan sonra Azərbaycan ağır çətinliklərlə üzləşib. Ancaq 20 ildə ölkə böyük uğurlara imza atıb. Mən Azərbaycanın neft və qaz sahəsində çalışan mütəxəssislərlə görüşdüm. Azərbaycan bu gün Avropa və digər ölkələrə enerji resurslarını çatdırmaqla uğurlar qazanıb. Azərbaycan Xəzər və Qara dəniz ölkələri arasında əməkdaşlığı genişləndirib, qlobal bir oyunçuya çevrilib. İraq çox çətin dövrünü yaşayır. Əgər SOCAR, BP kimi şirkətlər regionda işləyərlərsə, çox uğurlu olar. İraq son vaxtlar 4 milyon barrelə qədər neft ixrac edib. Tədqiqatlardan sonra İraqın dünyada qaz ehtiyatlarına görə 5-ci yeri tutacağına əminik”.

Nazir Azərbaycan şirkətlərini İraqa sərmayə yatırmağa dəvət edib.

O, əlavə edib ki, SOCAR-la daha da sıx əməkdaşlıq etmək niyyətindədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 00:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru