Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2015
09:06
Neftin bir barelinin qiyməti 75 dollardan yuxarı olacaq

Ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 75 dolları keçəcək. Bu barədə “Rossiya 24” telekanalına müsahibəsində “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.  “Neftin qiyməti 3-7 ili əhatə edəcək ortamüddətli perspektivdə 75-80 dollardan yuxarı olacaq”, deyə o qeyd edib. 

Vahid Ələkbərovun sözlərinə görə, 2014-cü ildə neftin ucuzlaşmasında siyasət heç də əsas rolu oynamayıb. “Burada siyasət az rol oynayıb, daha çox texnoloji və iqtisadi proseslər olub. O proseslər ki, ABŞ ərazisində neft hasilatının həcmini artırmağa imkan yaratdı. İkincisi – OPEC ölkələrinin mövqeyi: onlar bazardakı paylarının azalmasını istəməyərək istehsalat həcmlərində dəyişikliklər etmək niyyətində olmadıqlarını bəyan etdilər. Bazarın 87 faizi OPEC ölkələri tərəfindən tənzimlənir, bu səbəbdən də dərhal reaksiya verildi”, deyə Vahid Ələkbərov vurğulayıb.

“Lukoyl” rəhbəri yaxın illərdə ortamüddətli perspektiv üçün neftin qiymətini proqnozlaşdırmağa imkan verəcək balansın yaranacağını bildirib.   

Bununla belə o OPEC ölkələrinin hasilat kvotalarının azaltmayacağında əmin olduğunu bildirib. “Lukoyl” rəhbəri bunu regiondakı mürəkkəb siyasi vəziyyətlə əlaqələndirib: “Bölgədəki indiki vəziyyətlə əlaqədar OPEC ölkələrinin böyük vəsaitlərə ehtiyacı var”.     

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
719
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 01:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru