Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2015
14:20
Sünnü Müfti: “Terrorçu ilə yox, vəhabi düşüncə ilə mübarizə aparmaq lazımdır” - VİDEO

FaktXeber.com-un verdiyi məlumat görə, əslən misirli olan Nyu-York şəhərinin baş müftisi şeyx Tariq Yusif cümə namazında çıxışı zamanı İslam ümmətinin başına bəla kimi gətirilən terrordan danışıb.

Xətib, ötən cümə günü Səudiyyə Ərəbistanının Qətif bölgəsinin Əl-Qudəyh şəhərinin məscidində baş vermiş intihar hücumundan söz açaraq, vurğulayıb: “Necə ola bilər insan elə bir mərhələyə çatmış olsun ki, məscidə girərək özünü partladır, onlarla insanı qətliam edir və sonra da güman edir ki, behiştə gedəcək və huri onu “gül ilə qarşılayacaq”?!”

Nyu-Yorkun Ulul-Əlbab məscidində çıxış edən şeyx Tariq daha sonra deyib: “Bu gün İslamın başına açılan bu bəladan qurtulmaq zamanıdır. Bunların hamısı vəhabilik, ibni Teymiyyə və Əbdül-Vəhhabın düşüncələrindən qaynaqlanan düşüncələrdir. And olsun Allaha ki, ibni Teymiyyə və Əbdül-Vəhhabın kitablarını oxuyan hər kəs, sonda şəksiz olaraq bir terrorçu olacaq.”

Sünnü müfti əlavə edib: “Bunlar (özlərini partladanlar) sionist (İsrail) muzdurları deyillər. Heç bir yerdən də gəlməyiblər. Onlar vəhabi kitablarından tərbiyə alan insanlardır. İbni Teymiyyə, ibni Qeym, İbni Əbdül-Vəhhab, hazırki dönəmdə isə Bin Baz, ibni Usəymiyəyn, Əl-Ərifi, Məhəmməd Həssan, Huvəyni, Salman Əl-Əudə və Osman Əl-Xəmis kimilərin kitab və məqlələridir ki, gəncləri terrorçu olaraq yetişdirir. Onlar öz kitablarında yazıblar ki, şiələrə yəhudilərdən pisdirlər!”

Xətib sözünün davamında deyib: “İbni Teymiyyəni müdafiə edən istənilən şəxs, İslam dünyasında müsəlmanların bir-birinə qarşı nifrət hissinin artmasına xidmət etmiş olur. Əbdül-Vəhhab və ibni Teymiyyəni müdafiə edən şəxs İŞİD-çidir və ona həmişə terrorçu gözü ilə baxmaq lazımdır. Hazırda Salman Əl-Əudə iddia edir ki, cinlər ona deyib ki, şiələr yəhudilərdən pisdir! İş o yerə çatıb ki, artıq bu adam insanlarla kifayətlənmir, şiələri təkfir etmək üçün cinlərin adından da istifadə etməyə başlayıb.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
420

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
437

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
615
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru